Mingəçevirdə uşaq bağçasında yanğın olub

17:10 - 27 Oktyabr 2017 - HADİSƏ

Mingəçevir şəhərində uşaq bağçasında yanğın olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə 13 saylı Uşaq bağçası - körpələr evində qeydə alınıb.  Məlumata görə, yanğın bağçanın həyətində olan ağacdan başlayıb və bağçanın inzibati binasına keçib.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib. Bağçanın kollektivi və uşaqlar təxliyə edilərək təhlükəsiz əraziyə köçürülüb.

Xəbər xətti