Türkmənistan prezidenti atla Aşqabadı gəzib- VİDEO

14:02 - 25 Oktyabr 2017 - DÜNYA

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov atın üstündə yeni inşa edilən tikililərə baxış keçirib. APA-nın “Türkmənistan xronikası” nəşrinə istinadən xəbərinə görə, bununla bağlı video görüntü yayılıb.
Videodan aydın görünür ki, Q. Berdiməhəmmədov idman geyimində Aşqabadda tikinti aparılan ərazini gəzir. O, Aşqabad merinin xahişi ilə yeni tikililər haqqında rəyini bildirib.

Xəbər xətti