İki avtobus toqquşdu: 8 ölü, 33 yaralı var - VİDEO

09:48 - 24 Oktyabr 2017 - HADİSƏ

Malayziyada iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər ölüb, həmçinin 33 nəfər yaralanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qəza ölkənin cənub-qərbində qeydə alınıb. Seberanq Pray rayon polisinin məlumatına görə, Nepal və indoneziyalı fəhlələri daşıyan avtobus nasazlıq səbəbindən yolda dayanıb. Daha sonra içərisində 15 nəfərin olduğu digər avtobus ona çırpılıb.

 

Xəbər xətti