"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı

21:53 - 18 Oktyabr 2017 - İDMAN

Bu gün "Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsində növbəti oyununu keçirib.   Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.  90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib - 0:0. Bununla da "Qarabağ" ilk dəfə ÇL-in qrupunda xal qazanıb. 18 oktyabr Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur "Qarabağ" - "Atletiko" - 0:0  Qırmızı vərəqə: Ndlovu, 75qol.az

Xəbər xətti