Bakıda avtomobil yolu keçən qadını vurub - VİDEO

15:23 - 18 Oktyabr 2017 - HADİSƏ

Bakıda dəhşətli yol qəzası baş verib. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında “Mercedes” markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub. Hadisə baş verən ərazidən 20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq, yolu keçən xanım ağır yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və Təcili tibbi yardım avtomobili cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti