Biləsuvarda "Mercedes" idarəetməni itirərək aşıb

18:11 - 17 Oktyabr 2017 - HADİSƏ

Biləsuvar rayonunda yol qəzası baş verib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti