Tovuzda məktəbdə bədbəxt hadisə baş verib

16:08 - 13 Oktyabr 2017 - HADİSƏ

Tovuz rayonunda məktəbdə bədbəxt hadisə baş verib. Hadisə rayonun Xatınlı kəndində olub. Kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərov Yasin Məqsəd oğlu oxuduğu məktəbin həyətində idman qurğusundan yıxılıb.
Hadisə nəticəsində Y.İsgəndərovun hər iki qolu bilək nahiyəsindən sınıb.
O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.trend

Xəbər xətti