Ana səhifə
18 Dekabr 2017

Şamaxıda kütləvi dava: ər-arvad döyüldü - FOTO

Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb. Belə ki, kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində ortaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanov arasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə va ya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban, rayonun Şəhriyar kənd sakini M.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər.

Daha sonra mübahisəyə qoşulan Çahran kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan ər-arvad qonşular tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Tarix
10 Oktyabr 2017 [14:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ