Ana səhifə
15 Dekabr 2017

İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb - FOTO

Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadov yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.

Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdən sonra sərbəst buraxılıb.

Tarix
6 Oktyabr 2017 [16:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ