Ana səhifə
24 Oktyabr 2017

Bakıda vəhşilik – VİDEO

Bakıda itlərin zərərsizləşdirilməsi zamanı xoşagəlməz görüntülər ortaya çıxıb. Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları iti tikanlı məftillə tutmağa çalışıblar. Tikanlı məftil itin başına, ağzına ilişərək, heyvana xəsarət yetirib. Buna baxmayaraq, icra əməkdaşları iti tikanlı məftillə dartaraq, ona qarşı amansızlıq ediblər. Ərazidə bunu görən sıravi vətəndaşlar dəhşətə gəlib, icra işçilərinə öz iradını bildirərək, itə zülüm verməməyi, onu buraxmağı tələb ediblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov bir müddət öncə bildirmişdi ki, onların itləri öldürməsinə icazə yoxdur. Sahibsiz itlər sığınacağa yerləşdirilir. Sığınacaqda itlər baytar müayinəsindən keçir, yemək verilir, vaksinlənirlər.

Sahə rəisi hər bir vətəndaşın sahibsiz heyvanlar, itlərlə bağlı günün 24 saatı, +12 5650926/27 nömrəsi ilə əlaqə saxlaya biləcəyini xüsusi vurğulayıb.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik:

Tarix
6 Oktyabr 2017 [15:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ