Ana səhifə
24 Oktyabr 2017

Binəqədi yolunda son durum - FOTO

Mehdiabad – “Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində çuxura düşüb. Ucnoqta.az milli.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan “göl”ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Sərnişinlər məcbur qalaraq suyun içinə düşüblər. Hadisə şahidlərinin dediyinə görə, batan avtobusdan sərnişinlər “Qazel” vasitəsi yolun quru hissəsinə daşınıb. Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq ərazidə su çəkilmir, yolun gediş-gəliş üçün asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə maşın qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.


Tarix
6 Oktyabr 2017 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ