Ana səhifə
24 Oktyabr 2017

Çökən yolda hərəkət axşam bərpa ediləcək - VİDEO

Səhər saatlarında Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən çökən yolun təmiri gecə saatlarında da davam etdirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında əraziyə "Azərsu" ASC-nin 6 texnikası və canlı qüvvəsi cəlb edilib.

Ərazidə işləyən briqadanın iş icraçısının "Report"a verdiyi məlumata görə, yolun çökməsinə səbəb kanalizasiya borusunun istismar müddətinin bitməsi olub: "Buna görə də yol çöküb. Sözügedən küçədə hər iki tərəfdən nəqliyyatın hərəkəti məhdudlaşıb. Təxminən 20-25 metr ərazini əhatə edən çökən ərazidə qazıntı işi aparılıb çürümüş borular çıxarılıb. Gecə saatlarında isə kanalizasiya boruları təzyiqlə verilən su ilə yuyulub ki, kanalizasiya suyunun səviyyəsi aşağı ensin. Səhər saatlarında isə diametri 1200 millimetr olan beton borular istismar müddətini bitirən boruların yerinə bərkidiləcək".

İş icraçısın sözlərinə görə, bugün axşam saatlarına qədər iş tam yekunlaşacaq və Mehdi Abbasov küçəsində nəqliyyatın hərəkəti bərpa ediləcək.

 

Tarix
5 Oktyabr 2017 [10:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ