Tramp qasırğadan ziyan çəkənlərə salfet payladı- VİDEO

13:04 - 4 Oktyabr 2017 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp "Mariya" qasırğasının ziyan vurduğu Puerto-Rikoda olub. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, qasırğadan zərər görənlərə baş çəkən D.Tramp onlara kağız salfetlər paylayıb.
Lakin dövlət başçısının salfetləri basketbol topu ilə oynayırmış kimi ətrafdakılara atması mətbuatın tənqidi ilə üzləşib. KİV D.Trampın bu hərəkətini hörmətsizlik kimi dəyərləndirib.
Bir çox sosial şəbəkə istifadəçiləri isə ABŞ Prezidentini "qeyri-ciddilikdə" və "zərərçəkənləri ələ salmaqda" günahlandırıb.

Xəbər xətti