Sabahın havası açıqlanıb

12:09 - 3 Oktyabr 2017 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağış axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq. Rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Xəbər xətti