Milli Məclisdə əlbəyaxa dava düşdü - VİDEO

12:47 - 29 Sentyabr 2017 - HADİSƏ

Uqanda Milli Məclisində, indiyədək heç bir ölkənin parlamentində yaşanmayan əlbəyaxa dava düşüb. Məlumata görə, gərginliyə səbəb, 30 ildən çoxdur ki, hakimiyyətdə olan prezident Museveninin yenidən hakmiyyətdə qala bilməsi üçün qanunda dəyişiklik etməyə təşəbbüs göstərməsidir.

Artıq iki gündür ki, məclisdə əlbəyaxa dava ilə müşahidə olunan gərginlik davam edir. Hadisələr zamanı 25 müxalifət nümayəndəsi parlament zalından güc tətbiq edilərək çıxarılıb. Dava-dalaş nəticəsində 2 millət vəkili xəstəxanalıq olub. (Sputnik Azərbaycan)

 

Xəbər xətti