Ana səhifə
24 Aprel 2018

Deputat Çingiz Qənizadə Şeyxin qudasının həbsi üçün məhkəməyə müraciət etdi

Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı sikayət ərzisini bu gün Sabunçu Rayon Məhkəməsinə təqdim edib. Bu barədə Modern.az-a Ç.Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O, bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib.“Çingiz Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həbsini istəyir”.

R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı böhtan xarakterli fikirlərin  səsləndirməsi olub.

Vəkil qeyd edib ki, məhkəmənin keçirilməsi vaxtı barədə jurnalistlərə əvvəlcədən məlumat veriləcək.

Tarix
27 Sentyabr 2017 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ