Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub: Bacısını və övladını da öldürmək istəyirmiş

12:05 - 26 Sentyabr 2017 - Xəbər

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub. Ucnoqta.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimov rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.
Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki, Ş. Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasına onu evə buraxdıqlarına görə etiraz edib.
Məlumatlarda o da bildirilir kİ, Ş. Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər xətti