Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

10:06 - 26 Sentyabr 2017 - HADİSƏ

ABŞ-ın Şimali Karolina ştatının Atlantik okeanı sahillərində yerləşən bir neçə rayonda insanlar "Mariya" qasırğasının yaxınlaşması ilə əlaqədar təxliyyə olunur. "Report" NBC telekanalına istinadən xəbər verir ki, sakinlər Hayd və Deyr dairələrindən çıxarılır. Hatteras adasında isə məcburi təxliyyə elan olunub.

Xəbər xətti