Dünyanın ən kök qadını öldü - FOTO

13:42 - 25 Sentyabr 2017 - HADİSƏ

Dünyanın ən kök qadını kimi tanınan 37 yaşlı qadın hospitalda ölüb. Eman Abdul Atti ürəyində və böyrəyində ciddi problemləri olduğuna görə Əbu-Dabidəki Burjeel Hospitalında həyatını itirib. Hospitalın yaydığı məlumatda bildirib ki, o, gecə saat 4-də keçinib. Xəstəxanadan onun ailəsinə başsağlığı verilib. Qeyd edək ki, o, 498 kiloqram idi. Həkimlər onun artıq çəkili olmasını tiroid xəstəliyi ilə əlaqələndirirdilər. (milli.az)


Xəbər xətti