İraq Kürdüstanında səsvermə başlayıb

10:20 - 25 Sentyabr 2017 - DÜNYA

İraq Kürdüstanında referendum başlayıb. APA-nın CGTN-a istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında başlayan səsvermə 12 saat davam edəcək.
Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani bu gün İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.  ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.
M. Bərzani isə geri addım atmayacaqlarını deyib. O bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar.

Xəbər xətti