Ana səhifə
22 Oktyabr 2017

Azərbaycan Abdullayla Xədicəni gətirmək üçün işə başladı

Valideynləri “İŞİD”ə qatılan uşaqların Azərbaycana gətirilməsi üçün işlərə başlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq bir sıra dövlət qurumları 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdullanın Bağdaddakı sığınacaqdan Bakıya gətirmək üçün danışıqlar aparır. Qeyd edilir ki, uşaqların qohumları hələ ki, tapılmayıb. Bu istiqamətində işlər gedir, araşdırma aparılır. Yaxın günlərdə səlahiyyətli qurumlar bu barədə rəsmi açıqlama verəcəklər. Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib.

 

Tarix
21 Sentyabr 2017 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ