Ana səhifə
22 Oktyabr 2017

Pərvin Abıyeva varlı adamın seksual qızı obrazında - VİDEO

“Yanlış anlama” filminin tanıtım klipinin görüntüləri yayılıb. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, ekran işi Türkiyə və Azərbaycanda yaşayan iki ailənin 10 gününü təsvir edir. Macəra komediyasının ssenarisi Anadolu və Azərbaycan türkcələri arasında həm bənzərlik, həm də fərqlilik nəticəsində yaranan komik durum üzərində qurulub.

“Yanlış anlama” filmi Türkiyə və Azərbaycanın birgə istehsalı olduğu üçün hər iki ölkənin aktyorlarını bir araya gətirib. Filmdə aktyor İslam Mehrəliyev, Fərda Xudaverdiyev, aktrisa Pərvin Abıyeva, türkiyəli aktrisa Pelin Sönməz, Şövkət Çoruh, Bahadır Efe, İlkər Ayrık kimi tanınmış aktyorlar yer alıb. 

Filmin rejissoru Ulaş Cihan Şimşəkdir. “Yanlış anlama” filminin oktyabrda təqdim ediləcəyi nəzərdə tutulur.

Tarix
21 Sentyabr 2017 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ