Ana səhifə
24 Yanvar 2018

Deputat: "Azərbaycandakı dərsliklərin yazılmasında inhisarçılıq var"

Milli Məclisin Elm və təhsil haqqında komitəsinin üzvü Rafael Hüseynov dərslik vəsaitləri ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib. “Report” xəbər verir ki, deputat komitənin bu gün keçirilən iclasında Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlərin görülməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dərsliklərlə bağlı son dövrlərdə tənqidi fikirlər çox səslənir: “Məsələnin aktuallığını Təhsil Nazirliyi dərk edərək Ekspertiza Şurası yaradıb və mən də həmin şurada təmsil olunuram. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, gələcəkdə dərslik siyasətinin qənaətbəxş olduğu haqda nəsə deyə bilmərik”.

Şurada səsləndirilən təkliflərin çoxunun təşəbbüslər səviyyəsində olduğunu diqqətə çatdıran parlament üzvü əlavə edib ki, dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlər olmalıdır: “Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun qlayihəsi hazırlanmalıdır. Qanunda elə parametrlər olsun ki, hansı müəlifin yazmasından asılı olmayaraq həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, o zaman ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

Komitənin digər üzvü Musa Qasımlı isə qeyd edib ki, bu gün dərsliklərin yazılmasında inhisarçılıq var: "Bir dərslikdə axı nə qədər xronologiya və insan adı ola bilər?! Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistikanı yox".

Tarix
18 Sentyabr 2017 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ