Azərbaycanda itə qarşı inanılmaz vəhşilik - VİDEO

10:52 - 18 Sentyabr 2017 - HADİSƏ

Azərbaycanda itə qarşı daha bir vəhşiliyin videosu yayılıb. Görütülərdə çənəsi sınan itin qan içində can verdiyi öz əksini tapıb. Sosial şəbəkə istifadəçiləri itin kimlər tərəfindən bu vəziyyətə salınması ilə bağlı müzakirələr aparıblar. Bəziləri itin maşınla, bəziləri isə güllə ilə vurulduğunu iddia ediblər. Ən qəribəsi isə it can verdiyi halda ona ətrafdakı insanlar tərəfindən kömək edilmir. Əksinə, vətəndaş itin ürəkdağlayan görüntülərini videoya çəkir. Gülərək itin vəziyyəti ilə bağlı bir neçə ifadə işlədir. Sosial şəbəkə istifadəçiləri bu hərəkəti edənlərin insanlıqdan uzaq olduğunu qeyd ediblər. Görüntülərin hansı rayonda çəkildiyi məlum deyil. (missiya.az)

Xəbər xətti