Sabahın havası: Bakıda buludlu hava, rayonlarda yağış

12:19 - 13 Sentyabr 2017 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 14-də ölkə ərazisində gözlənilən hava proqnozunu açıqlayıb. ETSN-dən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  19-22° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq. 
 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək.
 Havanın temperaturunun gecə 17-22°, gündüz  30-35° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.

Xəbər xətti