Ana səhifə
19 Noyabr 2017

1400-dən çox İŞİD-çi əsir düşdü - aralarında azərbaycanlılar da var- VİDEO

İraq ordusu Mosulda İŞİD terror təşkilatının tərkibində olan döyüşçülər, onkların yoldaşları və uşaqlarının da olduğu 1400 nəfəri əsir götürüb. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, iraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisiminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə edir. Asiyadan, Fransadan və Almaniyadan da az sayda əsir var.
Norveçli Sığınacaq Düşərgəsi sözçüsü Melani Marxam mövzu ilə əlaqədar bunları söyləyib: "Onların vəziyyəti çox pisdir. Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşılayırıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. Biz İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərarını verməsini gözləyirik".
İŞİD terrorçularının ailələrinin böyük bir hissəsi Mosulun şərqindəki bu düşərgəyə 30 avqustdan sonra gəlib.

Tarix
11 Sentyabr 2017 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ