Putin: "Rusiya XİN ABŞ-ı məhkəməyə verməlidir"

11:39 - 5 Sentyabr 2017 - DÜNYA

 "Rusiya Xarici İşlər Nazirliyi ölkənin San-Fransiskodakı baş konsulluğunun binasının bir hissəsinin ələ keçirilməsinə görə ABŞ-a qarşı məhkəmədə iddia qaldırmalıdır".
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Xarici İşlər Nazirliyinə məhkəmədə iddia qaldırmağı məsləhət görürəm. Görək ABŞ-ın tərifli məhkəmə sistemi necə işləyəcək", - V.Putin bildirib.
Eyni zamanda, Rusiya prezidenti rəsmi Moskvanın ABŞ-ın diplomatik missiyasının əməkdaşlarının sayını daha 155 nəfər azaltmaq hüququnu özündə saxladığını vurğulayıb.

Xəbər xətti