Bakıda gəlin maşını piyadanı vuraraq öldürüb

10:12 - 3 Sentyabr 2017 - HADİSƏ

Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb. Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti