Ana səhifə
21 Sentyabr 2018

Bank sktoru islahatlar tələb edir

Artıq bir neçə ildir dünyada baş verən qlobal maliyyə böhranı, həmçinin neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində ağır iqtisadi krizis yaşayan ölkələrdən biri məhz Azərbaycandır. Böhranın ciddi təsir etdiyi sektorlardan biri məhz maliyyə-bank sistemidir.

Real sektorun əsas donorlarından birini təşkil edən bankların durumu bu gün ürək açan vəziyyətdə deyil və hesab edirəm ki, bu durum hələ bir müddət davam edəcəkdir. 2016-cı illə müqayisə etdikdə bu il bank sektorunda hər hansı müsbət dinamikadan və ya inkişaf perspektivindən danışmaq hələ tezdir. Bir faktı qeyd edim ki, son illər ölkədə yaranmış işsizlər ordusunun çoxunu məhz bank əməkdaşları təşkil edir. Son iki ildir problemli aktivlərdə boğulan banklar demək olar ki, öz funksiyalarını tam şəkildə yerinə yetirə bilmirlər. Faktiki olaraq bu gün banklar valyuta dəyişmə məntəqəsi rolunu oynayırlar. Real sektorun maliyyələşdirilməsi demək olar ki, yox səviyyəsindədir. Mərkəzi Bank milli məzənnəni sabit saxlamaq üçün dövriyyədə olan pul vəsaitlərini özündə akkumulyasiya edib.  

 
Nüfuzlu “Fitch” reytinq agentliyi 2017-ci ildə ölkədəki bankların ciddi kapital deifisiti və aktivlərin vəziyyətinin daha da pisləşəcəyini nəzərə alaraq bankların maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırmışdır. Bu ilin əsas “bombası” təbii ki, ABB-nın Nyu-York məhkəməsinə müraciət edərək özünü defolt elan etməsi və 3 milyard dollar həcmində beynəlxalq öhdəliklərin restruktrizasiyası və nəticə etibarilə dövlətə ötürülməsi idi. Bundan başqa bankın 10 milyard manat həcmində toksik aktivləri “Aqrarkredit” BOKT-na ötürüldü. ABB-ni özünü defolt elan etməsi ilə “Fitch” beynəlxalq reytinq agentliyi bankın reytinqini xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC ” səviyyəsindən “RD” (Məhdud defolt) səviyyəsinədək endirib, bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxladı. Beynəlxalq müstəvidə bu yanaşmalar nəinki ölkənin bank-maliyyə sisteminə, ümumiyyətlə iqtasadiyyata vurulmuş ziyan idi. Məlumdur ki, Mərkəzi Bankın xarici valyutada rezervlerin əriməsi və nəticə etibarilə baş verən devalvasiyalarda ABB əsas fiqurlardandır. 
 
Bank sektoru ilə bağlı bəzi rəqəmlərə toxunmaq istərdim. Az öncə qeyd etdiyim kimi 2017-ci ilin ilk 5 ayında kreditləşmə səviyyəsi aşağı düşmüşdür. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya diqqət yetirsək cari ilin 5 ayında banklar tərəfindən 14,3 milyard manat kreditlər verilmişdir. İlin əvvəlindən müştərilərə verilən kreditlərin həcmi 1,6 milyard manat azalıb. Burada əsas faktorlar banklarda problemli aktivlərin xüsusilə istehlak kreditləri portfelində müşahidə olunan ciddi problemlər, real sektordakı qeyri-müəyyənlik, işsizlik səviyyəsinin artması, banklardakı likvidlik problemi və.s.  Məlumdur ki, 2016-cı ildə 11 bank bağlanmışdır. Hesab edirəm bu ilin sonuna doğru və 2018-ci il ərzində bir sıra banklar konsalidasiyaya getməsə daha bir neçə bank bağlanacaqdır. Daha bir məqam 2017-ci il ərzində “Moodys” və “Fitch” reytinq agentliyi tərəfindən 5 bankın reytinqi aşağı salınmışdır. Bundan başqa bu il ərzində əhalinin banklardakı əmanətləri azalaraq 6 milyard 873,2 milyon manat təşkil etmişdir ki, bu da son 3 ilin ən pis göstəricisidir. Müqayisə üçün qeyd edim ki, 2016-cı ilin sonuna əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 448,7 milyon manat təşkil edirdi. Problemli aktivlər üzrə yaradılmış ehtiyatların həcmi artdığı üçün bankların mənfəəti kəskin aşağı düşmüşdur. Bu gün bankların dövlətin dəstəyinə ciddi ehtiyacı vardır. Digər bir nüans isə banklar idarəetmə sistemini təkmilləşdirməli, fəaliyyətlərində şəffaflıq prinsipi ön plana çəkilməlidir.

 

Zamiq Şükürov

Tarix
31 Avqust 2017 [12:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin