Bakıya gələn qız yoxa çıxıb

09:45 - 28 Avqust 2017 - HADİSƏ

Lənkəran sakini Bakıda itkin düşüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb. Daxil olan məlumat əsasında axtarışlara başlanıb. 

Xəbər xətti