Bu da Aygünün erotik klipi - VİDEO

09:28 - 28 Avqust 2017 - MAQAZİN

Xalq artisti Aygün Kazımova bir müddətdir ki, müzakirələrə səbəb olan klipini təqdim edib. Qalmaqallı ekran işi bu gün sənətçinin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.  Klip gürcü rejissor  Nestan Sinjikashvili tərəfindən “Sus” mahnısına çəkilib. Layihədə  ağ və qara kadrlar daha çox qabardılıb və Kazımova “əxlaqsız qadın” obrazını yaradıb. Klipdə cəsarətli səhnələrin olmağı da diqqətdən yayınmayıb.  Ekran işində əməkdar artist Nicat Kazımov da rol alıb.  Qeyd edək ki, sözügedən mahnının sözləri Vüqar Əbdülova, musiqisi Stephane Mgebrishviliyə məxsusdur. (“Qafqazinfo”)

 

Xəbər xətti