Tibb işçisi lotereyada 758 mln. dollar udub

09:31 - 25 Avqust 2017 - MARAQLI

ABŞ-ın Massaçusets ştatında tibb işçisi çalışan iki uşaq anası Mevis Uonçik “Powerball” lotereyasının 758 mln. dollar məbləğində rekord cekpotunu udub. 53 yaşlı Mevis Uonçik həyatda planlarını dəyişdiyini və artıq çalışdığı xəstəxananın rəhbərliyinə işə qayıtmaq istəmədiyini bildirib. Məlumata görə, uduşu birdəfəlik götürmək niyyətində olan M.Uonçik vergilər tutulduqdan sonra 480 mln. dollar əldə edəcək.(APA) 

Xəbər xətti