Proqnozlar Bürosu: "Avqustun 27-dək ölkə ərazisində arabir güclənən şimal küləyi əsəcək"

09:51 - 24 Avqust 2017 - ÖLKƏ İÇİ

“Avqustun 27-dək ölkə ərazisində arabir güclənən şimal küləyi əsəcək”. Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti iki gün ərzində ölkədə hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq: “Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu isə günorta saatlarında 30-35 dərəcə aarsında dəyişəcək”. 

Xəbər xətti