Ana səhifə
25 Aprel 2018

Hamilə qadını xilas edən yol polisi: "7 dəqiqə geciksəydik…" - FOTO

Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Şəmkir rayonu ərazisində yolda halı pisləşən hamilə qadını YPX avtomobili ilə xəstəxanaya çatdıraraq ana və uşağın həyatını xilas edən yol polisi barədə məlumat yayılmışdı.

Avtosfer.az bu hadisənin qəhrəmanı olan BDYPİ-nin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşı, polis baş serjantı Xəyal Məmmədovla görüşüb və onunla hadisə barədə təssuratlarını bölüşməsini istəyib.
- Xəyal hadisə necə olmuşdu?
- Həmin vaxt YPX-nın 724 saylı postunda xidmətdə idim. Havanın da qızmar vaxtı idi. Bu zaman “Chevrolet” markalı avtomobil işıqları yandırılmış vəziyyətdə sürətli şəkildə posta daxil oldu və saxlayan kimi içərisindən düşən yaşlı bir kişi “bizə kömək edin” deyə qışqırmağa başladılar. İlk olaraq nə baş verdiyini anlamadıq. Yaxınlaşıb problemlə maraqlandıq. Bizə bildirdilər ki, maşında hamilə qadın var və vaxtından əvvəl doğuş edir. Biz onu xəstəxanaya çatdırmalıyıq, amma çatdıra bilmirik. Bu zaman tağım komandirinə məlumat verdim. O da öz növbəsində göstəriş verdi ki,  aidiyyatı üzrə xəstəxanaya çatdırım. 
 - Onların avtomobili müşaət etdiniz?
- Xeyir. Qadını və ailə üzvlərini patrul maşınına əyləşdirdim və sayrışan işıqları yandıraraq xəstəxanaya çatdırdıq. Həmin vaxt hətyəcanlı idim və stress keçirirdim. Sonun necə olacağını bilmirdim. Gəncə şəhər Abbas Səhhət xəstəxanasına çatanda baxdım ki, vəziyyət ağırlaşır. Tez içəriyə daxil olub həkimləri çağırdım. Hətta baxdım ki, xərəyi gətirmək istəyən xanım həkimlər çətinlik çəkir. Ona görə də tez özüm xərəyi gətirdim.
- Sonra getdiniz, yoxsa gözlədiniz?
 - Cəmi 7 dəqiqədən sonra həkim məlumat verdi ki, körpə sağ-salamat doğuldu. Həmçinin dedi ki, bir az gecikmə olsaydı uşaq itirilə bilərdi.   
- Xəyal, ailəlisinizmi?
- Bəli, bir övladım var. Bilirsiniz hadisədən bir neçə gün öncə övladımın 40-cı günü təzəcə çıxmışdı. Mən bu duyğunu, bu həyəcanı qısa müddət öncə yaşamışdım. Bilirəm ki, mənim vəzifə borcumdum. Amma bir yaxşı işə səbəb olduğum üçün özümü xöşbəxt hiss edirəm.
- Uşağın adını da sənin adına uyğun qoyublar deyəsən?
- Bəli. Uşağın babası sevincini belə bildirdi ki, istərdim ki, uşağın adı sənin adın olsun. Amma qız övladı olduğu üçün Xəyal yox, Xəyalə qoydular.
- Bundan əvvəldə belə hadisələrlər üzləşmisiniz?
- 9 ildir xidmət edirəm. Bu illər ərzində az şeylər yaşamamışam. Bu kimi işlər,  hadisələr çox olub. Məsələn, bir dəfə Şəmkirdə ağır xəstəni xəstəxana qəbul etməmişdi. Gəncəyə getməli idilər. Xidmət etdiyim ərazidə mənə yaxınlaşıb dedilər ki, təcili şəkildə xəstəni çatdırmaq lazımdır. Təcli yardım maşınını müşaiyət etdik ki, daha tez çatsın. Yaxud sürücülərin ən müxtəlif problemləri olanda - təkərləri xarab olanda, yolu bilməyəndə, yolda qalanda kömək edirik. Bir dəfə postun yaxınlığında bir avtomobil xarab olmuşdu. Təşkil elədik, evakuator gəlib maşını apardı təmir yerinə. Maşında ailə var idi. Onları posta apardıq və istirahət etmələrini təmin elədik. Usta da tapdıq ki, avtomobili düzəltsin. Sürücü qayıdana qədər ailəsi postda qaldı. Belə məsələlər çox olur, amma bu qədər ictimailəşdirilməmişdi. 
- Bəs bunu ictimailəşməsini necə qəbul elədin? 
- Düzünü deyim, heç ağlıma da gəlmirdi ki, məsələ belə ictimailəşdirilər. Amma sonradan bu məsələyə ictimaiyyətin yanaşması məni sevindirdi. Dəfələrlə zənglər olub, təşəkkür ediblər. Əslində, düşünürəm ki, bu bir nümunə ola bilər. Həmçinin görülən işin belə qiymətləndirməsi insanlarda daha çox ruh yüksəkliyi yaradır.

Elməddin Muradlı,
Bakı-Şəmkir-Bakı

Tarix
23 Avqust 2017 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ