Qubada ev yanıb

17:15 - 19 Avqust 2017 - HADİSƏ

Qubanın Aşağı Atuc kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti