Azərbaycanın təbliğatı daha müasir, səmərəli vasitələrlə aparılmalıdır

18:14 - 17 Avqust 2017 - KİVDF

Bu sahədə diaspora təşkilatlarının qarşısında mühüm vəsifələr durur

Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət  tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə isə antiazərbaycançı şəbəkənin respublikamıza qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Bu sahədə diaspora təşkilatlarının qarşısında mühüm vəsifələr durur. Onlar bütün sahələrdə yüksək dinamizlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsi, respublikamız haqqında tam obyektiv,dolğun informasiyalaın dünya ictimaiyyətinə vaxtında çatdırilması istiqamətində mühüm rol oynamalı, uğurlu təbliğat işləri aparmalıdırlar. Təbliğat işinin əsas istiqamətlərindən biri xalqımızın üzləşdiyi tarixi faciələrin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,onun əsil səbəblərinin, mahiyyətinin və ağrılı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bura həm də xaricdə Azərbaycan icmalarının və yerli xalqların bu barədə daha ətraflı məlumatlandırilması daxildir. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif xalqların dilinə tərcümə edilmiş kitablar, broşürlər və fotoşəkillərdən ibarət albomlar diaspota təşkilatları tərəfindən yayılıb, yerli televiziya kanallarında sənədli filmlər, süjetlər nümayiş etdirilib. Azərbaycan icma və birliklərinin fəal iştirakı ilə bir sıra etiraz aksiyaları keçirilib.
Komitə sədri beynəlxalq tədbirlərin də Dağlıq Qarabağ həqiqətlərinin dünyada tanıdılmasında rol oynadığını bildirib. O qeyd edib ki, ümumiyyətlə siyasi əməkdaşlıq müstəvisində keçirilən hər bir görüş qarşılıqlı münasibətlərin, qlobal anlaşmaların inkişafına xidmət edir. "Qlobal Bakı Forumu Azərbaycanın ərazisində müxtəlif ölkələrin siyasi və dövlət xadimlərinin iştirakı ilə keçirildiyindən ölkəmizin digər dövlətlərlə münasibətlərinə təbii ki, öz müsbət təsirini göstərir".
Komitə sədri bildirib ki, bu Forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin, eləcə də regional problemlərin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Azərbaycanin diaspora təşkilatlarına təbliğat aparmaq üçün geniş imkanlar açır. "Bu, Azərbaycanın paytaxtında keçirilən artıq V forumdur və təcrübə göstərir ki, siyasi problemlərin həllində, eləcə də bölgədə gedən proseslərə, regional münaqişələrin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir. Yəni, bu, o deməkdir ki, artıq Azərbaycanın özü dünyada gedən proseslərə və dövlətlərarası münasibətlərə, həmçinin regional münaqişələrə xüsusi təsir göstərən məkana çevrilməkdədir".

Nazim İbrahimov vurğulayıb ki, Azərbaycan bu Forumun təşkilatçılarından olaraq ölkəmizlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə qəbul edilməsini qarşıya məqsəd qoyub. Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Amma təbii ki, Forumda müzakirəyə çıxarılan məsələlər sırasında münaqişələr xüsusi yer tutur və bu müzakirələrdə Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktları, həqiqətləri, münaqişənin həlli yollarını göstərən arqumentləri iştirakçıların diqqətinə çatdırırlar. Çünki Forumda iştirak edən çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlərin əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində rolu olan şəxslərdir. Bu insanlar öz nüfuzundan istifadə edərək beynəlxalq dairələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq imkanları olan ictimai-siyasi xadimlərdir. Bu mənada hesab etmək olar ki, bu Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Bir sözlə, Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb".Onun sözlərinə görə, müasir dünyamızda informasiya siyasətinin uğurlu qurulması ümumi inkişafın və dövlətçiliyin daha təkmil şəkildə möhkəmləndirilməsinin əsas əlamətlərindəndir. Məhz buna görə də ona xüsusi önəm verilib, ayrı-ayrıölkələrdə fəaliyyət göstərən icma və birliklərimiz informasiya-təbliğatişinin gücləndirilməsi sahəsində irəliləyişlərə nail olublar. Bunun nəticəsidir ki, nəinki siyasi, həm də iqtisadi sahədə dünyada mövqeylərimiz möhkəmlənib. Artıq “Made in Azerbaijan” brendi dünyada maraq doğurur və bizim məhsulları alanların sayı artır. Aydındır ki. Bu sahədə təbliğat işində diaspora təşkilatları da yaxından iştirak edir və xaricdə Azərbaycan məhsulları satan azərbaycanlı biznesmenlərin sayı artır. Məsələn, bu gün Azərbaycanın çay və yağ ixracı da artır. Bununla bağlı “Azərsun Holdinq” şirkətlər qrupunun baş direktoru Savaş Uzan deyir ki, Almaniyada satış nümayəndəliyimiz fəaliyyət göstərir. Bu ofisin fəaliyyətə başlaması ilə tək Almaniyada deyil digər Avropa ölkələrində də, məhsullarımızın satışını təşviq edəcək konkret addımlar atılır. "Yerli çay əsasında “Azerçay” markası istehsal edildi ki, onun satışı nəinki respublikada reallaşdırılır, o cümlədən bir sıra MDB dövlətlərinə (Rusiya, Qazaxıstan, Gürcüstan və s.) də ixrac edilir. Holdinqimizin Avropanın məşhur “Heinemann” şirkəti ilə müqaviləsinə əsasən, 59 ölkənin hava limannında Azərbaycan məhsullarının, əsasən də “Azərçay”ın satışı üçün razılıq əldə edilib. Almaniyadan başqa, İtaliya və Fransa da Azərbaycan çayına maraq göstərir. İtalyanlar çay nümunələrini götürüblər. Artıq Avropaya çay ixrac sertifakatı alınıb". Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes” də “Azərçay”ın sponsorluğu ilə efirə gedir. Burada həm markanın tarixi və gələcək planları, həm də Azərbaycanın mədəniyyəti və tarixi barədə geniş məlumat verilir. Bu da “Made in Azerbaijan” brendinin qonşu ölkədə tanıdılmasına xidmət edir.
Şirkətlər qrupuna məxsus müəssisələrin əkin sahələrində yetirişdirilən məhsullar müasir avdanlıqlar quraşdırılmış konserv zavodlarında emal olunur. Məsələn, Biləsuvar konserv zavodunda ümumilikdə 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Burada istehsal edilən məhsullar ekoloji saflığı və keyfiyyəti ilə seçilir və onlara əlavə konservat qatılmır. Zavodun laboratoriyalarındakı müasir avadanlıq məhsulun keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Ekoloji təmiz məhsul emalı isə Azərbaycana imic, nüfuz gətirir, insanların sağlamlığına xidmət edir. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir. İmişli Şəkər, Qafqaz Konserv zavodları yüksək keyfiyyətli məhsul istehsal edirlər. Bu məhsulların bir hissəsi xarici bazarlara çıxarılır. “Azərsun müəssisələri ISO, Global G.A.P. və sair dünya keyfiyyət standartları əsasında fəaliyyət göstərir və bunun nəticəsidir ki, yağ, çay, süd, şəkər və s. məhsullarımız transmilli dünya şirkətlərinin ərzaq təminatçısıdır. Həmçinin məhsullarımız Almaniya, ABŞ, Çin və digər ölkələrə ixrac olunur”- “Azərsun Holdinq"in Biznesin İnkişafına Dəstək və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Afiq Səfərov bildirir.
Göründüyü kimi qeyri-neft sektorunda əsas diqqət ixracyönümlü məhsulların istehsalına yönəlməlidir ki, bu məhsullar “Made in Azerbaijan” brendi ilə xaricə çıxarılsın və ölkəmizə valyuta gəlsin.

 

Xəbər xətti