XİN-in Dövlət Protokolu idarəsinin rəisi Kosta-Rikanın yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib

15:26 - 7 Avqust 2017 - SİYASƏT

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo Lopez Bolanosu qəbul edib. XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə Jairo Lopez Bolanos  müvafiq təyinatı və Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

Xəbər xətti