Gəncədə kafe yanıb

16:02 - 4 Avqust 2017 - HADİSƏ

 Gəncə şəhərində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 224 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 90 m² və kafeyə bitişik tikilmiş ümumi sahəsi 75 m² olan lambirdən ibarət talvar yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti