Şok kadrlar: Eşşəklər Mercedes-i "oğurladı" – VİDEO

12:01 - 4 Avqust 2017 - MARAQLI

Cənubi Afrika - Zimbabve sərhədində polislər oğurlanmış lüks "Mercedes" markalı avtomobilin eşşəklər tərəfindən çaydan dartılaraq keçirildiyinin şahidi olublar. Ucnoqta.az milli.az-a istinadən xəbər verir ki, polis vertolyotu səmadan eşşəklərin lüks avtomobili çəkərək Limpopo çayından keçirməyə çalışdığını görüblər. Polis qrupları "Mercedes" və eşşəkləri Musina qəsəbəsi yaxınlarında saxlayıblar. Məlum olub ki, cinayətkar şəbəkə avtomobili qaçırtmaq üçün eşşəklərdən istifadə edib.

Polislər oğruları axtarır.

 


Xəbər xətti