Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti xeyriyyə aksiyaları təşkil edir

18:17 - 24 İyul 2017 - KİVDF

Bu cəmiyyət  mədəni tədbirlər və Azərbaycanın təbliğatı ilə da məşğul olur 


Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən diaspora təşkilatlarından biri də Acarıstan Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətidir. Bu cəmiyyət  öz fəaliyyəti ilə iki ölkə arasında əlaqələrin inkişafında rol oynayır.  2000 nəfərdən cox soydaşımızı cəmləşdirən Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti 1997-ci ildə yaradılıb. Batumi şəhərində təsis edilən bu Cəmiyyət adından göründüyü  kimi, xeyriyyə aksiyaları təşkil edir. Eyni zamanda, paralel olaraq  Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti mədəni tədbirlər və təbliğatla da məşğul olur. Bu cəmiyyət  Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsindən ciddi narahatlığını bildirib. Azərbaycanın Batumidəki baş konsulluğundan bildiriblər ki, Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanın qərbində, Acarıstan Muxtar Respublikasında yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu bildirilir. Bəyanatda deyilir: “Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmir. Əksinə, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə BMT-nin, 1949-cu il Cenevrə konvensiyalarının, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.
Bəyanatda qeyd olunur ki, Acariyada yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti dəstəkləyir və daim tarixi Vətənləri Azərbaycanla bir yerdədirlər. Bəyanat gürcü mətbuatında da geniş işıqlandırlıb. “Adjara” PS qəzeti məlum hadisələrlə bağlı məlumat dərc edib.
Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti eyni zamanda hər il 28 May - Respublika Günü ilə bağlı tədbirlərdə fəal iştirak edir. Azərbaycanın Batumidəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə bu Acarıstan Muxtar Respublikasınin Səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze, kənd-təsərrüfatı naziri Laşa Komaxidzeni, Batumi şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının məsul əməkdaşları, Türkiyənin Baş Konsulu Yasin Temizkan və Konsulluğunun əməkdaşları, İranın Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Baş konsul Rəşad İsmayılov 28 May - Respublika Gününün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki mühüm yerindən bəhs etmiş, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra müasir Azərbaycanın təməlinin qoyulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Baş konsul həmcinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat,turizm və infrastruktur layihələrindən də geniş bəhs edib. Baş konsul,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
Sonra çıxış edən Acarıstan Muxtar Respublikasınin Səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Acarıstan Muxtar Respublikasının rəsmisi, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib. 
Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov isə bildirib ki, Respublika günü Azərbaycanın keçdiyi yolu işıqlandırır.  Sonra proqram çərçivəsində rəqs qrupu tərəfindən hazirlanmış "Sarı gəlin"rəqsi qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.
 Acarıstanda keçirilən tədbirlərdən biri də Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıcısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında cəkilmiş “Hökm¬da¬rın ta¬le¬yi” fil¬mi¬ gürcü dilində APOLLO kinoteatrında nümayişi olunmasıdır. Tədbiri Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov açaraq filmin böyük əhımiyyətindən danışıb, onun tamaşacilar tərəfindən böyük maraq doğuracaqına əmin olduğunu söyləyib. Baş konsul bildirib ki, İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib və “Hökm¬da¬rın ta¬le¬yi” fil¬mi¬ də ümummilli lider Heydər Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq cəkilib. Yazıçının nəvəsi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək İlyas Əfəndiyevin əsərlərinin Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığına böyük qiymət verib. 2014-cü ilin yanvarında İlyas Əfəndiyevin 100 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.
G.Əfəndiyeva deyib ki, filmdə cərəyan edən hadisələr, Azər¬bay¬can ta¬ri¬xi¬nin mü¬rək¬kəb döv¬rlərindən birini əhatə edir. Filmdə Qarabağda cərəyan edən hadisələr, Qarabağın tarixi və həqiqətləri barədə məlumat verən qonaq bir daha bu filmin tamaşacılar arasında boyuk maraq doğuracağına əmin oldugunu bildirib. “MEDİAGROUP ADJARA P.S.”in rəhbəri Cemal Meqrelidze Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığından, ictimai-siyasi, mədəni əlaqələrindən danışıb. Azərbaycan ədiblərinin əsərlərinin, teatr tamaşalarının və filmlərin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının mədəni əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aydın Həsənov, Acarıstan Muxtar Respublikasının dövlət rəsmiləri, Batumidə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Batumi Dövlət Universitetinin tələbələri, SOCAR-ın rəhbər heyəti və əməkdaşları, Batumidəki icmaların rəhbərləri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Batumidə hər il Novruz bayramı da qeyd edilir. Bu tədbirlərdə Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətin fəallığı ilə seçilir. Bu ilki tədbirdə , "21-ci əsr" gimnaziyasının müəllim kollektivi, Acarıstan Muxtar Respublikasının ictimai və siyasi dairələrin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov, KİV nümayəndələri iştirak edib. Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstəriblər, mahnılar, rəqslər ifa ediblər və bahara, Novruz bayramına həsr olunan şeirlər söyləyiblər. Milli geyimdə olan istedadlı azəri və gürcü şagirdləri tərəfindən Azərbaycan tarixi haqqında qonaqlara məlumat verilib. Tədbirdə milli geyimdə olan Bahar qızının qədim, qəlbimizin bir parçası olan Şuşamızın və Qarabağımızın "Sari Gəlin "rəqsi ilə xatırlanması qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb. Tədbir muxtar respublikada yaşayan dıgər xalıqların marağına səbəb olub. Onlarda Azərbaycanın zəngin mədəniyyəti, adət-ənələri barədə xoş təəssürat yaradıb. 

Xəbər xətti