Tramp Fransaya rəsmi səfərə gəlib

12:04 - 13 İyul 2017 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Fransaya rəsmi səfərə gəlib.Trend-in məlumatına görə, səfər çərçivəsində D.Tramp fransalı həmkarı Emmanuel Makronla görüşəcək. İyulun 14-də ABŞ Prezidenti Fransanın Milli Günü münasibətilə hərbi paradda iştirak edəcək. D.Tramp bu təntənəli tədbirə Birləşmiş Ştatların Birinci Dünya müharibəsinə qoşulmasının 100 illiyi ilə əlaqədar dəvət olunub.

Xəbər xətti