Gəncədəki kütləvi dava kameralarda- VİDEO

15:16 - 9 İyul 2017 - Xəbər

Gəncədə kütləvi dava kameraya tuş gəlib.  Şəhərin Şeyx Bahəddin küçəsində yerləşən gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıb və işçilər - 44 yaşlı İsgəndər Seyidov və onun qardaşı 43 yaşlı Anar Seyidovu döyüblər. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İCMAL.az-ın redaksiyasına daxil olan videoadan da aydın olur ki, 10 nəfər vəhşicəsinə satıcının üstünə düşür və onu ölümcül döyürlər. Sonraisə heç nə olmamış kimi salonu tərk edirlər.
Sözügedən video və fotoları təqdim edirik:

Xəbər xətti