Silahlı şəxs polisi öldürdükdən sonra intihar etdi

10:39 - 5 İyul 2017 - HADİSƏ

Türkiyənin Bursa şəhərində silahlı insident baş verib. Ucnoqta.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, Gemlik rayonunda məhkəminin qərarından narazı qalan Musa G. adlı şəxs bir müddət əvvəl boşandığı həyat yoldaşı Əminə D.-nin evinə gedərək ona hücum edib. Ov tüfəngi ilə keçmiş həyat yoldaşına atəş açan şəxs qadını çiynindən yaralayıb. Daha sonra o, Əminə D.-nin boşanma üzrə vəkili Azad Aksoyun ofisinə gedərək, ona atəş açıb və onu iki yerindən yaralayıb.

Cinayətkar daha sonra ədliyyə binasının önünə gedib və binanın girişindəki polis məmuru İdris Büyükdönmezə atəş açıb və daha sonra intihar edib.

Hadisə yerinə çağırılan təcili yardım dəstələri ilkin tibbi yardım göstərsə də, polis məmuru yerləşdirildiyi Bursa Uludağ Xəstəxanasında ölüb.

Yaralanan Əminə D. və vəkili xəstəxanaya yerləşdirilib.

Xəbər xətti