Xırdalanda 6 yaşlı uşağa təcavüz edərkən tutuldu – VİDEO

13:45 - 3 İyul 2017 - HADİSƏ

Abşeron rayonunda müxtəlif vaxtlarda dörd azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkət edən manyak saxlanılıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun Xırdalan şəhərində polis əməkdaşları Hökməli qəsəbə sakini 38 yaşlı İbrahim Buqurovu tutub. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Qeyd edək ki, İ.Buqurov zərərçəkən azyaşlıların valideynlərinin şikayəti əsasında saxlanılıb.

***

Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu yayılıb. missiya.az-ın məlumatına görə, həmin şəxs altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb.

Sakinlər tərəfindən döyülən şəxs əraziyə gələn polis əməkdaşları tərəfində şöbəyə aparılıb. 

 


Xəbər xətti