Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib

13:35 - 3 İyul 2017 - Xəbər

Azərbaycan Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli vətəndaşlar!

Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!"

Xəbər xətti