“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin həyata keçirdiyi daha bir layihə yekunlaşıb- VİDEO

11:48 - 3 İyul 2017 - Cəmiyyət

“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin həyata keçirdiyi daha bir layihə yekunlaşıb. “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin sədri Xoşqədəm Baxşəliyevanın sözlərinə görə, “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi üç ay davam edib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə Bakı, Bərdə, Quba və Mingəçevir şəhərlərinin ərazisini əhatə edib. Layihə çərçivəsində nəzərdə tutulan işlər tam olaraq yerinə yetirilib.
Təşkilatın icra etdiyi layihənin rəhbəri Emin Nəbili bildirib ki, ilkin mərhələdə qan xərçəngi, respublikamızda bu xəstəlikdən müalicə imkanları və bu sahədə tibbi xidmət verən xəstəxanalar, "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”, proqramda nəzərdə tutulan tədbirlər, xəstəliyin qarşısının alınması yolları ilə bağlı məlumatların toplandığı 300 ədəd buklet çap edilərək əhali arasında yayılıb: “Daha sonra qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, dünyada qan xəstəliklərinin müalicəsi ilə bağlı əldə olunan yeniliklər, respublikamızda qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlər, qan donorluğuna insanların təşviq edilməsi, "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”, proqramda nəzərdə tutulan tədbirlərlə bağlı maarifləndirmə xarakterli 11  məqalə hazırlanaraq dərc edilib. Hazırlanan məqalələr həm "Üç nöqtə" qəzetində, həm də ucnoqta.az saytında yayılıb. Layihə çərçivəsində 10 məqalənin hazırlanması nəzərdə tutulsa da, 11 məqalə hazırlanıb. Həmçinin bu məqalələr ucnoqta.az saytında da işıqlandırılıb. Sonuncu mərhələdə isə qan xəstəlikləri olan şəxslərin problemləri, xəstəliyi qarşısının alınması yolları, konüllü qan donorluğu və qan donorluğunun əhəmiyyətinın müzakirə olunduğu 1 televiziya verilişi hazırlanaraq yayımlanıb. Televiziya veriliş “Kanal 24.az" internet televiziyasında çəkilərək yayımlanıb.Veriliş eyni zamanda “Kanal 24.az" internet televiziyasının youtube kanalına yerləşdirilib".

Layihə rəhbəri vurğulayıb ki, layihə çərçivəsində qan xəstələrinin müalicəsinin keyfiyyəti, onların problemlərini öyrənmək üçün bu xəstəlikdən əziyyət çəkən şəxslər və onların yaxınları arasında fərdi söhbət aparılması üçün fərdi söhbət anketi hazırlanıb. Bütövlükdə respondentlərə verilən sualların əksəriyyəti qapalı tipli olsa da, suallarda digər cavab variantı göstərilib ki, bu da respondentlərin fərqli cavablarını da qeydə almağa imkan verib.

Xəbər xətti