Polis onu intihardan qurtardı: "Etmə belə!" - VİDEO

13:58 - 23 İyun 2017 - MARAQLI

"Dayan! Etmə! Etmə belə!"

Bunu qışqıran polis zabiti irəli atılıb və körpünün kənarına dırmaşaraq özünü aşağıdakı şosseyə atmaq istəyən gəncin niyyətinə mane olub.

Ucnoqta.az milli.az-a istinadən bildirir ki, olay ABŞ-ın Kaliforniya ştatının şimalında, Sakramento yaxınlığında yaşanıb. Hadisənin görüntülərini "Grass Valley PD" polis departamenti yayıb. Özünü körpüdən atmaq istəyən gənci görən polislər dərhal dayanıblar və intiharın qarşısını almaq üçün hərəkətə keçiblər. "Etmə belə! İntihar etməni istəmirəm!" söyləyən polis zabiti irəli atılıb və gəncin məramına mane olub.

 

Xəbər xətti