Yük qatarı relsdən çıxdı - VİDEO

13:52 - 21 İyun 2017 - HADİSƏ

ABŞ-ın Filadelfiya (Pensilvaniya ştatı) şəhəri yaxınlığında yük qatarı qəzaya uğrayıb. Ucnoqta.az-ın salamnews-a istinadən xəbərinə görə, "NBC Philadelphia" telekanalının işçiləri hadisə yerindən video nümayiş etdiriblər. Relsdən çıxan vaqonlarda dizel yanacağı olub. Yük qatarının 17 vaqonunda isə propan olduğu məlumdur. Hadisə nəticəsində zərər çəkənlərin olub-olmadığı barədə məlumat yoxdur. Qəza yerində təcili xidmətlərin nümayəndələri işləyirlər. Pensilvaniya hökuməti insanları qəza yerinə yaxınlaşmamağa çağırıb.

 

Xəbər xətti