Avtomobil BakuBus avtobusunun qarşısını kəsdi - VİDEO

15:47 - 8 İyun 2017 - HADİSƏ

Bakıda minik avtomobili BakuBus avtobusunun qarşısını kəsərək, onun hərəkəti etməsinə imkan verməyib. Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O bildirib ki, BakuBusa məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı "Hyundai Sonata") avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidib: "Eyni zamanda, həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməlində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir.

Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir".

M.Ağayev əlavə edib ki, faktla bağlı Dövlət Yol Polisinə müraciət olunacaq.

 

Xəbər xətti