“O məclisdə 2 evin, 3-4 maşının pulun qazanmışam” - Namiq Qaraçuxurlu

13:15 - 8 İyun 2017 - MAQAZİN

Meyxanaçı Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib. Ucnoqta.az-ın lent.az-a istinadən məlumatına görə, “Şou məkan” verilinə açıqlama verən ifaçı bildirib ki, apardığı bir məclisdə 2 evin, 3-4 maşının pulun qazanıb: “Soyuqdur” mahnısından sonra əslində işlər çoxdur. Seçimlər edəcəyik. Çox istəyərəm ki, “İstidir” adlı mahnı gəlsin. İstiyə aid hansısa mahnı gəlsin. Dəniz mövzusunda da, meyxana stilində bir mahnım var. İstəyirəm ki, onu da hazırlayım. Mənim ən çox qazancım meyxanadan olub. Çünki meyxana elə bir şeydir ki, ola bilər, sən məclislərə aşağı qiymətə gedirsən. Ancaq elə bir məclisə düşmüşəm ki, mən orda iki mənzilin, üç-dörd maşının pulunu qazanmışam. Azərbaycandan kənarda elə məclislər olub ki, imkanlı biri çıxıb qarşıma və mənim sənətimin pərəstişkarı olub, hörmətini edib. Ona görə meyxana mənim üçün qazanclı olub. Mən qazanca meylli adam deyiləm. Zamanında heç nəyim olmayanda çalışmışam ki, qazanım. İndi varım-dövlətim, bahalı evim və maşınım olmasa da, dolanıram, bu mənə bəs edir. Hazırda mən musiqiyə daha çox meylliyəm. Daha çox lirikaya meylliyəm. İllərdir ki, 6-8 ritmi ilə yazıram. Lirik mahnılar çox yazandan sonra 6-8 rahat gəlir”.

 

Xəbər xətti